Yuxarı

Gəncə və Mingəçevirdə hakimlər üçün seminar keçirilib

Seminara Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov rəhbərlik edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Gəncə və Mingəçevir şəhərlərində hər iki bölgənin rayonlarını təmsil edən hakimlər üçün seminar keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminara Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov rəhbərlik edib. 

Məşğələlərdə “Oyun Qaydaları”na edilən son dəyişikliklər barədə ətraflı məlumat verilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiyalar təşkil olunub, videogörüntülərin müşayiəti ilə maraqlı epizodlar təhlil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi