Gəncə və Mingəçevirdə hakimlər üçün seminar keçirilib

Gəncə və Mingəçevirdə hakimlər üçün seminar keçirilib Seminara Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov rəhbərlik edib
Futbol
3 Sentyabr , 2016 16:46
Gəncə və Mingəçevirdə hakimlər üçün seminar keçirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Gəncə və Mingəçevir şəhərlərində hər iki bölgənin rayonlarını təmsil edən hakimlər üçün seminar keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminara Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov rəhbərlik edib. 

Məşğələlərdə “Oyun Qaydaları”na edilən son dəyişikliklər barədə ətraflı məlumat verilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiyalar təşkil olunub, videogörüntülərin müşayiəti ilə maraqlı epizodlar təhlil edilib.

Son xəbərlər

Orphus sistemi