"Qalatasaray"a yeni baş məşqçi təyin olunub

"Qalatasaray"a yeni baş məşqçi təyin olunub 66 yaşlı mütəxəssislə rəsmi müqavilə yaxın günlərdə imzalanacaq
Futbol
23 Noyabr , 2015 17:47
Qalatasaraya yeni baş məşqçi təyin olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, klubun prezidenti Dursun Özbək Mustafa Dənizli ilə danışıqların uğurla tamamlandığını açıqlayıb.

Artıq ilkin anlaşmanın əldə olunduğunu deyən Özbək rəsmi müqavilənin bir neçə günə imzalanacağını bildirib.

Qeyd edək ki, Mustafa Dənizli baş məşqçi karyerasında üçüncü dəfə "Qalatasaray"ın sükanı arxasına keçib. 66 yaşlı mütəxəssis 1987-1989 və 1990-1992-ci illərdə də "sarı-qırmızılar"ın sükanı arxasında olub. O, sonuncu dəfə 2013-cü ilin noyabrından 2014-cü ilin mayınadək "Xəzər Lənkəran"da çalışıb. 

Son xəbərlər

Orphus sistemi