Azərbaycan millisinin baş məşqçisi: "Bizim üçün yeni dünya çempionatı başlayır"

Azərbaycan millisinin baş məşqçisi: "Bizim üçün yeni dünya çempionatı başlayır" "Komanda indi toparlanmalı və DÇ-də çıxışını davam etdirmək barədə düşünməlidir"
Futbol
19 Sentyabr , 2016 05:48
Azərbaycan millisinin baş məşqçisi: Bizim üçün yeni dünya çempionatı başlayır

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq".

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri İranla qrup oyunu matçından sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.

O, komandanın indi toparlanmalı və dünya çempionatında çıxışını davam etdirmək barədə düşünməli olduğunu bildirib.

"Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.

Azərbaycan milli komandası futzal üzrə Dünya çempionatının qrup mərhələsinin son oyununda İranla 3:3 edərək turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi