Futbolçu Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzalayıb

Futbolçu Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzalayıb Hücumçu ilinə 2 milyon avro qazanacaq
Futbol
16 Mart , 2017 05:44
Futbolçu Obameyanq Nike şirkəti ilə ömürlük müqavilə imzalayıb

Bakı. 16 mart. REPORT.AZ/ Dortmundun "Borussiya" klubunun (Almaniya) forvardı Pyer-Emerik Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzalayıb.

"Report" xəbər verir ki, sazişin şərtlərinə görə, hücumçu ilinə təqribən 2 milyon avro qazanacaq.

Bundan əlavə, müqavilədə sosial şəbəkələrdə reklam aksiyaları və prodakt-pleysmentdə iştirak, həmçinin promo-fəallığa görə müxtəlif bonuslar nəzərdə tutulub.

Şirkət bundan əvvəl portuqaliyalı futbolçu Kriştiano Ronaldu ilə də oxşar müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi