Futbol üzrə Türkiyə millisi Moldovanı məğlub edib - VİDEO

Futbol üzrə Türkiyə millisi Moldovanı məğlub edib - VİDEO Görüş 3:1 hesabı ilə başa çatıb
Futbol
28 Mart , 2017 01:43
Futbol üzrə Türkiyə millisi Moldovanı məğlub edib - VİDEO

Bakı. 28 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Əskişəhər stadionunda baş tutmuş qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ay-ulduzlular"ın qollarını Əmrə Mor (14-cü dəqiqə), Əhməd Çalık (24) və Çingiz Ündər (52) vurub. Hər üç gənc futbolçu yığmada ilk qol sevincini yaşayıb. Qonaq komandadan isə yeganə qolun müəllifi Radu Qınsar (90+2) olub.

Baş məşqçi Fatih Terim yığmanın DÇ-2018-in Finlandiyaya qarşı keçirilən seçmə oyununda (2:0) meydana çıxan heyətini tamamilə dəyişib.

Onlardan 5-i ümumiyyətlə meydana çıxmayıb, digər 6-sı isə ehtiyatda olub. Görüşü 35 min tamaşaçı izləyib.

Son xəbərlər

Orphus sistemi