Futbol üzrə Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq

Futbol üzrə Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Futbol
9 İyun , 2018 07:00
Futbol üzrə Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

"Report"un məlumatına görə, rəqib Latviya yığması olacaq. Riqadakı "Dauqava" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlanacaq.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxacaq. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutub.

Q.Qurbanovun rəqib həmkarı Miksu Paatelaynenin Latviya yığmasının sükanı arxasında üçüncü yoxlama görüşünə çıxacaq. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib.

Yoldaşlıq görüşü

9 iyun

19:00. Latviya – Azərbaycan

Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (hamısı Belarus), Aleksandr Anufriyev (Latviya)

Riqa. "Dauqava" stadionu

Qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü olacaq.

Son xəbərlər

Orphus sistemi