Futbol üzrə Azərbaycan millisinin üzvləri Kosovoya çatıb - FOTO

Futbol üzrə Azərbaycan millisinin üzvləri Kosovoya çatıb - FOTO Priştina. 18 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.
Futbol
18 Noyabr , 2018 23:00
Futbol üzrə Azərbaycan millisinin üzvləri Kosovoya çatıb - FOTO

Priştina. 18 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 4 saatlıq uçuşdan sonra ünvana yetişib.

Nümayəndə heyəti Adem Yaşari adına hava limanından özəl mühafizənin müşayiəti altında otelə yola salınıb.

Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da futbolçulardan biri ilə mətbuat konfransı keçirəcək. Elə həmin arenada noyabrın 20-də təşkil olunacaq qarşılaşma saat 23:45-də başlanacaq.

Qeyd edək ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.

Bundan əvvəl Azərbaycan yığması Farer adaları millisini məğlub edib.

Son xəbərlər

Orphus sistemi