​Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib

​Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib "Neftçi"nin mayın 25-də baş tutacaq finaldakı rəqibi "Qarabağ" - "İnter" matçından sonra məlum olacaq
Futbol
4 May , 2016 18:14
​Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib

Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Neftçi" klubudur.

Baş məşqçi Vəli Qasımovun komandası yarımfinalda "Qəbələ"ni penaltilər seriyasında üstələyib. Cavab görüşünün əsas vaxtı ilk oyundakı kimi 1:1 hesablı heç-heçə ilə nəticələnib. Qəbələdəki görüşdə hesabı 59-cu dəqiqədə Ruslan Qurbanov açsa da, meydan sahiblərindən Ermin Zets 76-cı dəqiqədə bərabərliyi təmin edə bilib.

Əlavə vaxtda bu hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "Qəbələ"dən Vitali Vernidub ilə Samir Zərgərovun zərbəsi dəqiq olmayıb. "Neftçi"dən isə yalnız Anyete fərqlənə bilməyib.

"Neftçi"nin mayın 25-də baş tutacaq finaldakı rəqibi saat 19:00-da başlanacaq "Qarabağ" - "İnter" matçından sonra məlum olacaq. İlk görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun komandası yenə finala yüksəlsə, ötənilki kimi, həlledici qarşılaşmada "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi