Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib

Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib 2017/2018 mövsümü üçün limit 6+2+3 formatında olacaq
Futbol
15 Sentyabr , 2017 14:20
Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib. 

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, 2017/2018 mövsümü üçün limit 6+2+3 (6 Azərbaycan vətəndaşı + 2 legioner + 3 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) formatında olacaq.

Qeyd edək ki, ötən mövsüm I divizionda limit 4+2+5 (4 Azərbaycan vətəndaşı + 2 legioner + 5 1994-ci il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) şəklində idi.

Son xəbərlər

Orphus sistemi