Yuxarı

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

C qrupunda da digər oyunun qalibi müəyyənləşməyib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən "Qarabağ"ın yer aldığı J qrupunda hər iki oyun heç-heçə nəticələnib. Bakıda Çexiya "Slovan"ının 2:2 hesablı heç-heçəyə nail olduğu görüşdən fərqli olaraq, Yunanıstanda PAOK-la İtaliya "Fiorentina"sı arasındakı qarşılaşmada qol vurulmayıb.

"Qəbələ"nin Belçikada "Anderlext"ə 1:3 hesabı ilə uduzduğu C qrupunda da digər oyunun qalibi müəyyənləşməyib. Fransa "Sent Etyen"i Almaniyada "Maynts"la matçda məğlubiyyətdən xilas ola bilib.

Gecənin sensasiyalı nəticələri İngiltərə "Mançester Yunayted"inin Hollandiyada "Feyenoord"a, "İnter"in İtaliyada İsrailin "Hapoel" (Beer-Şeva) komandasına məğlubiyyətləri olub. Türkiyə "Fənərbağça"sı isə Ukraynada "Zarya"ya məğlubiyyətdən son anda qurtulub.

İlk turun nəticələri:

A qrupu

21:00. "Feyenoord” (Hollandiya) - "Mançester Yunayted” (İngiltərə) - 1:0

Qol: Tonni Trindad, 87

21:00. "Zarya” (Ukrayna) - "Fənərbaxça” (Türkiyə) - 1:1

Qollar: Dmitri Qreçişkin, 52 - Simon Kyaer, 90+6

B qrupu

21:00. APOEL (Kipr) - "Astana” (Qazaxıstan) - 2:1

Qollar: Vinisius, 75. İqor de Kamarqo, 87 - Nemanya Maksimoviç, 45+1

21:00. "Yanq Boyz” (İsveçrə) - "Olimpiakos” (Yunanıstan) - 0:1

Qol: Esteban Kambiasso, 42

C qrupu

21:00. "Anderlext” (Belçika) - "Qəbələ” (Azərbaycan) - 3:1

Qollar: Lukaş Teodorçik, 14. Rafael Santos, 41-öz qapısına. Dieqo Kapel, 77 - Baqali Dabo, 20

21:00. "Maynts” (Almaniya) - "Sent Etyen” (Fransa) - 1:1

Qollar: Niko Bungert, 57 - Robert Beriç, 88

D qrupu

21:00 "AZ Alkmaar” (Hollandiya) - "Dandolk” (İrlandiya) - 1:1

Qollar: Steyn Vuytens, 61 - Siaran Kildaff, 89

21:00 "Makkabi” (Təl-Əviv, İsrail) - "Zenit” (Rusiya) - 3:4

Qollar: Haris Medunyanin, 26; 70. Vidar Orn Kyartansson, 50 - Aleksandr Kokorin, 77. Maurisio, 84. Culiano, 86. Luka Corceviç, 90+2

E qrupu

21:00 "Astra” (Rumıniya) - "Austria” (Avstriya) - 2:3

Qol: Denis Alibek, 18. Kristian Sapunaru, 74 - Rafael Holtshauzer, 16-penalti ilə. Kevin Frizenbixler, 33. Aleksandr Qrünvald, 58

21:00 "Viktoriya” (Çexiya) - "Roma” (İtaliya) - 1:1

Qollar: Marek Bakoş, 11 - Dieqo Perotti, 4-penalti ilə

F qrupu

21:00 "Rapid” (Avstriya) - "Genk” (Belçika) - 3:2

Qollar: Ştefan Şvab, 51. Joelinton, 59. Omar Kolli, 60-öz qapısına - Leon Beyli, 29; 90-penalti ilə

21:00 "Sassuolo” (İtaliya) - "Atletik” (İspaniya) - 3:0

Qollar: Pol Lirola, 60. Qrequar Defrel, 75. Matteo Politano, 82

G qrupu

23:05 "Standard” (Belçika) - "Selta” (İspaniya) - 1:1

Qollar: Matyö Dossevi, 3 - Cüzeppe Rossi, 13

23:05 "Panatinaikos” (Yunanıstan) - "Ayaks” (Hollandiya) - 1:2

Qollar: Markus Berq, 5 - Bertrand Traore, 34. Jayro Ridvald, 67

H qrupu

23:05 "Braqa” (Portuqaliya) - "Gent” (Belçika) - 1:1

Qollar: Andre Pinto, 24 - Daniel Miliçeviç, 6

23:05 "Konyaspor” (Türkiyə) - "Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Fakundo Ferreyra, 76

İ qrupu

23:05 "Nitsa” (Fransa) - "Şalke” (Almaniya) - 0:1

Qol: Abdul Baba Rahman, 75

23:05 "Zalsburq” (Avstriya) - "Krasnodar” (Rusiya) - 0:1

Qol: Joazinyo, 37

J qrupu

19:00 "Qarabağ” (Azərbaycan) - "Slovan” (Çexiya) - 2:2

Qollar: Migel Madera, 7. Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1. Milan Baroş, 68

23:05 PAOK (Yunanıstan) - "Fiorentina” (İtaliya) - 0:0

K qrupu

23:05 "Sautgempton” (İngiltərə) - "Sparta” (Çexiya) - 3:0

Qollar: Çarli Ostin, 5-penalti ilə; 27. Cey Rodriges, 90+2

23:05 "İnter” (İtaliya) - "Hapoel” (Beer-Şeva, İsrail) - 0:2

Qollar: Migel Vitor, 54. Maor Buzaqlo, 69

L qrupu

23:05 "Osmanlispor” (Türkiyə) - "Styaua” (Rumıniya) - 2:0

Qollar: Şeyk Diabate, 64-penalti ilə. Aminu Umar, 74

23:05 "Vilyareal” (İspaniya) - "Sürix” (İsveçrə) - 2:1

Qollar: Pato, 28. Conatan Dos Santos, 45+1 - Armando Sadiku, 2

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi