Yuxarı

Futbol klubları yanvarda transferlərə 1,28 milyard dollar xərcləyiblər

Futbol klubları yanvarda transferlərə 1,28 milyard dollar xərcləyiblər

Bakı. 16 fevral. REPORT.AZ/ Futbol klubları bu ilin yanvar ayında transferlərə, ümumilikdə, 1,28 milyard dollar xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir. Rəsmi sənədə əsasən, ötən ay ərzində 211 milli assosiasiyadan 95-də, ümumilikdə, 3317 transfer qeydə alınıb. Bunlardan 62,3 faizində klublar azad agent statusu daşıyan futbolçularla müqavilə bağlayıblar. Keçidlərin 16 faizi icarə əsasında olduğu halda, 11,6 faizində klublar öz aralarında razılıq sözləşməsi imzalayıb. Nəhayət, 10,1 faiz icarədən geri qaytarılanların payına düşür.

Avropanın 5 ölkəsinin – İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniyanın klubları futbolçu alışına 979,1 milyon sərf ediblər. Bu isə ötən ilin yanvarı ilə müqayisədə 70,6 faiz çoxdur. Ən çox artım isə İspaniya klublarının payına düşür - 560,4 faiz.

“Top-5” klublarının xərclərinin 64,1 faizi 10 transferə sərf olunub.

Hesabatda bildirilir ki, klublar, əsasən, mövsümün sonunda yeni oyunçularla müqavilələr bağlamağa üstünlük verirlər. Bu isə o deməkdir ki, yayda daha böyük rəqəmlər qeydə alınacaq. Adətən, dünya və Avropa çempionatlarında əvvəlki qış fasiləsində daha az transfer xərcləri müşahidə olunsa da, 2018-ci il istisna təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi