​Futbol azarkeşləri baş hakimə xəsarət yetirib - VİDEO

​Futbol azarkeşləri baş hakimə xəsarət yetirib - VİDEO Nəticədə oyun vaxtından əvvəl dayandırılıb
Futbol
11 Avqust , 2015 15:45
​Futbol azarkeşləri baş hakimə xəsarət yetirib - VİDEO

Bakı. 11 avqust. REPORT.AZ/ Almaniya Kubokunun 1/32 final mərhələsində keçirilən "Osnabryuk" və "Leyptsiq" komandaları arasındakı görüş vaxtından tez başa çatıb. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, buna səbəb azarkeşlərin meydana yad əşyalar atması olub.

Azarkeşlərdən birinin atdığı alışqan matçın baş hakimi Martin Petersenin başına tuş gəlib. Xəsarət alan baş hakim meydanı tərk edib və sonra oyunun dayandırılmasına qərar verilib.

Məlumatda bildirilir ki, hakim hazırda xəstəxanadadır və Almaniya Futbol Federasiyası bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Oyunun qalan vaxtının nə vaxt keçiriləcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, hadisə baş verən ana qədər "Osnabryuk" 1:0 hesabı ilə öndə idi.

Son xəbərlər

Orphus sistemi