Yuxarı

Fransa klubunun futbolçusu həbs olunub

PSJ-nin oyunçusu polislə dalaşıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Serj Orye 2 aylıq həbs cəzasına məhkum olunub. 

"Report"un məlumatına görə, buna kot divuarlı müdafiəçinin polislə dalaşması səbəb olub.

Qərarı Paris İslah Məhkəməsi çıxarıb. 23 yaşlı oyunçu "Hökumət nümayəndəsinə zorakılıq" maddəsi ilə müqəssir bilinib. İki aylıq icbari həbs cəzası ilə yanaşı, Orye zərərçəkənə fiziki və mənəvi zərər vurduğu üçün 600 avro, məhkəmə xərcləri qarşılığında ilə 1500 avro ödəyəcək. Orye məhkəmə hökmünü şərh etmək istəməyərək, zalı tərk edib. Yaxın vaxtlarda vəkilləri apellyasiya vermək niyyətindədirlər.

Nizam-intizam problemləri olan futbolçu ilə bağlı insident mayın sonlarında Parisin mərkəzindəki gecə klublarından birində baş verib. O, klubdan çıxarkən, polis patrul nəfəri ilə mübahisə etdiyi üçün saxlanılıb. Orye polislərin onun sifətinə 4 zərbə endirdiklərini iddia edib. Lakin məhkəmə bu ifadələri qəbul etməyərək, zorakılığın "içkili futbolçu" tərəfindən edildiyini bildirən asayiş keşikçilərinin tərəfini saxlayıb.

Qeyd edək ki, Serj Orye PSJ-yə 2014-cü ildə "Tuluza"dan icarə əsasında keçib. O, 2015-ci ildə parislilərlə 4 illik müqavilə bağlayıb. 2015-2016 mövsümündə paytaxt komandasının heyətində 21 oyuna 2 qol vurmuş Orye bu mövsüm çempionatın 4 oyununa çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi