Fransa Futbol Federasiyası Kilian Mbappeni 3 oyunluq cəzalandırıb

Fransa Futbol Federasiyası Kilian Mbappeni 3 oyunluq cəzalandırıb Fransa Futbol Federasiyası PSJ-nın futbolçusu Kilian Mbappeni 3 oyunluq cəzalandırıb.
Futbol
3 May , 2019 15:19
Fransa Futbol Federasiyası Kilian Mbappeni 3 oyunluq cəzalandırıb

Fransa Futbol Federasiyası PSJ-nın futbolçusu Kilian Mbappeni 3 oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, səbəb 21 yaşlı hücumçunun Fransa Kubokunda "Renn" komandası ilə final matçının 118-ci dəqiqəsində qırmızı vərəqə almasıdır.

Diskvalifikasiya çempionat qarşılaşmaları daxil olmaqla, bütün turnirlərdə tətbiq ediləcək.  

Qeyd edək ki, "Renn" - PSJ matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə "Renn" 6:5 hesabı ilə qələbə qazanıb. Beləliklə, Kilian Mbappe Fransa çempionatında "Nitsa", "Anje" və "Dijon"la matçlarda iştirak edə bilməyəcək. O, qırmızı vərəqə aldığı üçün XXXIV turda "Monpelye" ilə matçda da meydanda olmayıb. 

Son xəbərlər

Orphus sistemi