Fransa Futbol Federasiyası PSJ-nın futbolçusu Kilian Mbappeni 3 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, səbəb 21 yaşlı hücumçunun Fransa Kubokunda "Renn" komandası ilə final matçının 118-ci dəqiqəsində qırmızı vərəqə almasıdır.
Diskvalifikasiya çempionat qarşılaşmaları daxil olmaqla, bütün turnirlərdə tətbiq ediləcək.
Qeyd edək ki, "Renn" - PSJ matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə "Renn" 6:5 hesabı ilə qələbə qazanıb. Beləliklə, Kilian Mbappe Fransa çempionatında "Nitsa", "Anje" və "Dijon"la matçlarda iştirak edə bilməyəcək. O, qırmızı vərəqə aldığı üçün XXXIV turda "Monpelye" ilə matçda da meydanda olmayıb.