Fransa çempionu avtomobil qəzasında öldü
Futbol
- 24 may, 2020
- 06:55
Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.
Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.
Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.
Son xəbərlər
10:01
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyədək artıb
İnfrastruktur10:00
Manuel Noyer Çempionlar Liqasında Lionel Messinin rekordunu təkrarlayıb
Futbol09:58
Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
İnfrastruktur09:53
"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək
Komanda09:44
Tokayev Yaxın Şərqdə tam atəşkəs və barışıq razılaşmasını alqışlayıb
Region09:36
Litvanın Baş naziri aprelin 9-da Azərbaycana səfər edəcək
Xarici siyasət09:35
Farid Talıbov Yaponiyanın Kyoto şəhərinin merini WUF13-ə dəvət edib
Xarici siyasət09:33
Şirvanda kütləvi zəhərlənmə olub
Hadisə09:32