Fransa çempionatında hakim futbolçunu vurub və onu oyundan qovub

Fransa çempionatında hakim futbolçunu vurub və onu oyundan qovub Bakı. 15 yanvar. REPORT.AZ/ Fransa çempionatının 20-ci turunda Nant - PSJ matçının əsas hakimi Toni Şapron meydan sahiblərinin oyunçusu Dieqo Karlosu vurub və sonra ona qırmızı kart göstərib.
Futbol
15 Yanvar , 2018 05:15
Fransa çempionatında hakim futbolçunu vurub və onu oyundan qovub

Bakı. 15 yanvar. REPORT.AZ/ Fransa çempionatının 20-ci turunda "Nant" - PSJ" matçının əsas hakimi Toni Şapron meydan sahiblərinin oyunçusu Dieqo Karlosu vurub və sonra ona qırmızı kart göstərib.

"Report" xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, oyunun sonlarında baş verib. Belə ki, qarşılaşmanın 90-cı dəqiqəsində "Nant"ın müdafiəçisi Karlos hakim Şaprona "ilişib". Nəticədə futbolçu yerə yıxılıb. Hakim dərhal futbolçuya təpik vurub.

Bundan sonra Toni Şapron futbolçu Dieqo Karlosa ikinci sarı vərəqəni göstərib. Bundan əlavə, hakim "PSJ"nin xeyrinə cərimə zərbəsi də təyin edib.

Son xəbərlər

Orphus sistemi