Yuxarı

Finlandiya və İsveç yığmaları AVRO-2020-yə vəsiqə qazanıb - YENİLƏNİB

Finlandiya yığması AVRO-2020-yə yüksələn 11-ci komanda olub

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun növbəti oyunları başa çatıb.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə 3 qrupda 8 görüş keçiriləcək. D qrupunda Danimarka Cəbəllütariqi 5:0 hesabı ilə yensə də, İsveçrə Gürcüstana minimal hesabla qalib gəlib. Lakin bu qələbələrdən sonra da onlar mərhələni təmin edə bilməyiblər. Qrupda ilk 2 pillənin sahibi son turun görüşlərindən sonra müəyyənləşəcək. 

F qrupunda 3 qarşılaşma keçirilib. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Maltanın qapısından 7 top keçirib. Norveç Farar adalarına 4:0 hesabı ilə qalib gəlsə də qrupda qalıb. Əvəzində səfərdə Rumıniyaya qalib gələn İsveç yığması qrup ikincisi kimi AVRO-2020-yə yüksəlib. Rumıniya və Norveç isə ümidini Millətlər Liqasından vəsiqəyə bağlayıb.

J qrupunda İtaliya Bosniya və Herseqovinanı səfərdə darmadağın edərək, qrupdakı 9-cu matçından da qalib ayrılıb. Bu qrupdan digər vəsiqəyə tarixində ilk dəfə Finlandiya sahib çıxıb. Skandinaviya təmsilçisi Lixtenşteynə 3:0 hesabı ilə qalib gələrək qrup ikincisi olub. Ermənistan isə öz meydanında Yunanıstana uduzub.

AVRO-2020

Seçmə mərhələ, IX tur

15 noyabr

D qrupu

23:45. Danimarka - Cəbəllütariq - 6:0

Qollar: Robert Skov, 12; 64. Kristian Qütkyor, 47. Martin Breytueyt, 51. Kristian Eriksen, 85; 90+4

23:45. İsveçrə - Gürcüstan - 1:0

Qol: Sedrik İtten, 77

Xal durumu: Danimarka - 15 (7), İsveçrə - 14 (7), İrlandiya – 12 xal (7 oyuna), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (7).

F qrupu

21:00. Norveç - Farer Adaları - 4:0

Qollar: Tore Reginiussen, 4. İver Fossum, 8. Aleksander Sörlot, 62; 65

23:45. Rumıniya - İsveç - 0:2

Qollar: Markus Berq, 18. Robin Kvayson, 34

23:45. İspaniya - Malta - 7:0

Qollar: Alvaro Morata, 23. Santi Kasorla, 41. Pau Torres, 62. Pablo Sarabia, 63. Dani Olmo, 69. Jerar Moreno, 71. Xesus Navas, 85

Xal durumu: İspaniya – 23 xal (9 oyuna), İsveç - 18 (9), Rumıniya – 14 (9), Norveç - 14 (9), Farer adaları - 3 (9), Malta - 3 (9).

J qrupu

21:00. Ermənistan - Yunanıstan - 0:1

Qol: Dimitris Limnios, 35

21:00. Finlandiya - Lixtenşteyn - 3:0

Qollar: Yasse Tuominen, 21. Teemu Pukki, 64 (pen.); 75

23:45. Bosniya və Herseqovina - İtaliya - 0:3

Qollar: Françesko Açerbi, 21. Lorentso İnsinye, 37. Andrea Belotti, 53

Xal durumu: İtaliya – 27 (9 oyuna), Finlandiya – 18 (9), Yunanıstan – 11 (9), Ermənistan - 10 (9), Bosniya və Herseqovina – 10 (9), Lixtenşteyn –2 (9).


***23:03

Finlandiya milli komandası tarixində ilk dəfə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, skandinaviyalılar buna seçmə mərhələdə J qrupunun IX tur matçında Lixtenşteyni evdə 3:0 hesabı ilə yenərək nail olublar. Hesabı 21-ci dəqiqədə Yasse Tuominen açıb. Teemu Pukki 64-cü dəqiqədə penalti ilə və 75-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarını 18-ə çatdıran Markki Kanervanın baş məşqçi olduğu kollektiv 2-ci pillədəki yerini qoruyub. Bununla da Finlandiya qrupdan çıxan 11-ci ölkə olub.

Qeyd edək ki, daha əvvəl İngiltərə, Çexiya, Ukrayna, Türkiyə, Fransa, Belçika, İtaliya, Polşa, Rusiya və İspaniya yığmaları da final mərhələsinə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi