Bakı. 7 may. REPORT.AZ/ FIFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda 116-cı pillədə qərarlaşıb.
Beləliklə, Azərbaycan yığma komandası ötən ayla müqayisədə bir pillə geriləyib. Son siyahıda 264 xalla 115-ci pillədə qərarlaşan Azərbaycan millisi bu dəfə 116-cı pilləyə düşüb.
Azərbaycanın AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi İtaliya 1 085 xalla 13-cü, Xorvatiya 977 xalla 17-ci, Bolqarıstan 505 xalla 67-ci, Norveç 491 xalla 70-ci, Malta isə 158 xalla 149-cu yeri tutur.
Türkiyə isə 603 xalla 52-cidir.
İlk üçlüyə Almaniya liderlik edir. Aktivində 1 687 xal olan almanlar 1 494 xal toplayan Argentinanı və Belçikanı (1 457 xal) qabaqlayır.
Qeyd edək ki, yığma komandaların növbəti reytinq siyahısı iyunun 4-də açıqlanacaq.