Yuxarı

FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı Bakıda görüş keçirib

FİFA və UEFA nümayəndələri Bakıda danışılmış oyunlarla bağlı

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, polis, prokurorluq, Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. 

FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi