Yuxarı

FİFA və UEFA İspaniya Futbol Federasiyasını sanksiyalarla hədələyib

Ölkə klubları və yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

Bakı. 13 may. REPORT.AZ/ FİFA və UEFA İspaniya komandalarını beynəlxalq yarışlardan kənarlaşdıracağı ilə hədələyib. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, səbəb kimi ölkə rəhbərliyinin İspaniya Krallığı Futbol Federasiyasının işinə müdaxiləsi göstərilib.

Federasiya prezidenti Anxel Mariya Vilyar bildirib ki, artıq ali futbol qurumları İspaniya hökumətinə müvafiq xəbərdarlıq edib: "FİFA və UEFA qaydaları üçüncü şəxslərin milli federasiyaların işinə müdaxiləsini qadağan edir. Qadağa pozulacağı təqdirdə, klublara və yığmaya sanksiya tətbiq edilir".

Qeyd edək ki, bu gün İspaniya Krallığının Futbol Federasiyası Oyunçuların Həmkarlar İttifaqının (OHİ) xahişi ilə bütün daxili yarışların dayandırılmasına qərar verib. OHİ mayın 17-də La Liqada keçiriləcək 37-ci turun qarşılaşmaları zamanı ölkə rəhbərliyinin 2016-2017-ci il mövsümündən teleyayım hüquqlarının mərkəzləşdirilmiş qaydada satışına dair qərarına etiraz edəcəklərini bildirib. Bu qanuna əsasən, futbolçular teleyayımın satışından gəlir faizi qazanmayacaqlar. Əvəzində gəlirin 90 faizi yüksək liqanın, 10 faizi isə ikinci divizionun klublarına veriləcək. OHİ rəhbərliyinin fikrincə, bu qanun həvəskar və qadın futbolunu məhv edəcək, aşağı liqa klublarına zərbə vuracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi