FİFA "Qızıl top"a namizədlərin ilkin siyahısını açıqlayıb

FİFA "Qızıl top"a namizədlərin ilkin siyahısını açıqlayıb 59 namizəd futbolçu 25 ölkəni təmsil edir
Futbol
2 Oktyabr , 2015 14:36
FİFA Qızıl topa namizədlərin ilkin siyahısını açıqlayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ FİFA "Qızıl top"a namizəd olan 59 futbolçudan ibarət siyahını açıqlayıb. "Report"un məlumatına görə, nüfuzlu mükafata iddiaçılar 25 ölkədəndir. 

Ən çox təmsilçi Argentinadandır. Bu ölkədən Serxio Aqüero, Xavyer Maskerano, Lionel Messi, Nikolas Otamendi, Xavyer Pastore və Karlos Teves mübarizə aparacaq. Çili və İspaniyadan hərəyə 5 oyunçu siyahıya düşüb. Bunlar Klaudio Bravo, Aleksis Sançes, Qari Medel, Eduardo Varqas, Arturo Vidal və Dieqo Kosta, David de Xea, Andreas İnyesta, Alvaro Morata, Serxio Ramosdur. 

Jurnalistlər, məşqçilər və oyunçuların seçiminə əsasən, növbəti mərhələyə 59 futbolçudan 23-ü, final mərhələsinə isə 3 ən yaxşısı çıxacaq.  Mükafatlandırma mərasimi 11 yanvar 2016-cı ildə olacaq. 

Qeyd edək ki, ötən il "Qızıl top"u Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu qazanıb. 

Son xəbərlər

Orphus sistemi