FİFA İcraiyyə Komitəsi prezident seçkisini təxirə salmaqdan imtina edib

FİFA İcraiyyə Komitəsi prezident seçkisini təxirə salmaqdan imtina edib Yozef Blatterlə Mişel Platininin apellyasiyalarına sürətləndirilmiş rejimdə baxılması tövsiyə olunub
Futbol
21 Oktyabr , 2015 10:12
FİFA İcraiyyə Komitəsi prezident seçkisini təxirə salmaqdan imtina edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ FİFA İcraiyyə Komitəsi (İK) quruma prezident seçkisini təxirə salmaqdan imtina edib. "Report"un məlumatına görə, bu barədə komitənin İsveçrənin Sürix şəhərində keçirilmiş növbədənkənar iclasında qərar verilib.

2016-cı il fevralın 26-na təyin olunmuş seçkinin vaxtında dəyişiklik iki səbəblə - korrupsiya araşdırmaları və favorit sayılan UEFA prezidenti Mişel Platininin futbol fəaliyyətindən ən azı 90 gün müddətinə kənarlaşdırılması ilə əlaqədar təklif olunurdu. Seçkidə iştirak üçün ərizə qəbulu oktyabrın 26-da yekunlaşır. Bunu nəzərə alan İK M.Platini ilə FİFA prezidenti Yozef Blatterin vəzifələrindən kənarlaşdırılmaları ilə bağlı apellyasiyalarına sürətləndirilmiş rejimdə baxılmasını tövsiyə edib.

İclasda, həmçinin FİFA Etika Komitəsinə korrupsiya araşdırmalarının ilkin nəticələrini dərc etməyə icazə verilib.  

Son xəbərlər

Orphus sistemi