FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək

FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək Bu, istənilən ayrı-seçkilik təzahürü ilə mübarizə aparmağa kömək edəcək
Futbol
5 Oktyabr , 2016 07:32
FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatınadək tribunalarda irqçiliklə mübarizə üçün azarkeşlərin davranışlarının monitorinqi üzrə yeni sistem tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi nümayəndəsi Alois Huqa istinadən "İzvestiya" nəşri yazıb.

"Biz tribunalarda azarkeşlərin davranışlarının monitorinqi üçün yeni sistem işləyib hazırlamışıq ki, bu da istənilən ayrı-seçkilik halları ilə mübarizədə kömək olacaq. Sistem artıq 2018-ci il dünya çempionatının seçmə mərhələsinin gedişatında hər yerdə, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda qismən tətbiq olunacaq. Biz bu sistemi tam olaraq Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində işə salmağı planlaşdırırıq", - deyə Huq bildirib.

Son xəbərlər

Orphus sistemi