FİFA Cavid İmamverdiyevin "Neftçi"də oynamasına icazə verib

FİFA Cavid İmamverdiyevin "Neftçi"də oynamasına icazə verib AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyəti verilib
Futbol
19 Oktyabr , 2015 15:41
FİFA Cavid İmamverdiyevin Neftçidə oynamasına icazə verib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ötən mövsüm Türkiyənin “Elazığspor” klubunda icarədə olmuş futbolçu Cavid İmamverdiyev “Neftçi” formasıyla meydana çıxa biləcək. "Report"un məlumatına görə, flaqmanın AFFA vasitəsilə FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”na ünvanladığı rəsmi müraciətə müsbət cavab verilib. 

FİFA futbolçunun “ağ-qara” forma ilə çıxış edə bilməsi üçün AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyətini verib. Bunun əsasında İmamverdiyev növbəti oyunlarda meydana çıxa biləcək. Müvəqqəti qeydiyyat icazəsi “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxaracağı yekun qərara qədər qüvvədə olacaq.

Qeyd edək ki, Cavid İmamverdiyev ötən mövsüm icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış edib. Klub futbolçu ilə müqaviləyə erkən xitam verilməsi haqqında FİFA-ya şikayət edib. Şikayət səbəbindən İmamverdiyevin “Neftçi”də oynamasına maneə yaranmışdı.

Son xəbərlər

Orphus sistemi