FİFA BƏƏ-nin xahişi ilə qətərli hakimləri oyundan kənarlaşdırıb

FİFA BƏƏ-nin xahişi ilə qətərli hakimləri oyundan kənarlaşdırıb Tailandla qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb
Futbol
12 İyun , 2017 11:02
FİFA BƏƏ-nin xahişi ilə qətərli hakimləri oyundan kənarlaşdırıb

Bakı. 12 iyun. REPORT.AZ/ FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib. "Report"un məlumatına görə, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. 

İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb. 

Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər. 

Son xəbərlər

Orphus sistemi