İngiltərə klublarına keçidi gündəmdə olan futbolçu Ozancan Kökçünün kiçik qardaşıdır - YENİLƏNİB

İngiltərə klublarına keçidi gündəmdə olan futbolçu Ozancan Kökçünün kiçik qardaşıdır - YENİLƏNİB Atası AFFA rəsmilərinə Ozancanın Azərbaycan millisindən imtina etmədiyini deyib
Futbol
1 Fevral , 2017 10:05
İngiltərə klublarına keçidi gündəmdə olan futbolçu Ozancan Kökçünün kiçik qardaşıdır - YENİLƏNİB

Bakı. 1 fevral. REPORT.AZ/ "İngiltərə klublarına keçidi gündəmdə olan futbolçu Ozancan Kökçü yox, onun kiçik qardaşıdır". Bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. 

M.Nərimanoğlu bildirib ki, futbolçunun atası onunla əlaqə saxlayan AFFA rəsmilərinə Ozancanın Azərbaycan yığmasından imtina etmədiyini söyləyib: "Atası dedi ki, İngiltərə mətbuatı qardaşları səhv salıb".   

*** 09:38

"Feyenoord" klubunun futbolçusu Azərbaycan millisinin təklifini qəbul etməyib

Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ozancan Kökçü Azərbaycan milli komandasından aldığı dəvəti qəbul etməyib. "Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, 19 yaşlı hücumameylli yarımmüdafiəçi bu addımı Hollandiya yığmasından dəvət gözləməsi ilə əsaslandırıb.

Kökçü artıq bu ölkənin 17 yaşadək futbolçulardan ibarət millisində çıxış edib və 14 oyuna 2 qol vurub. Türk əsilli futbolçunun "Feyenoord"la hazırkı müqaviləsi yayda başa çatır. Klubunun yeni müqavilə təklifini rədd edən hücumçu Hollandiyanın əsas millisinə dəvət almaq üçün legioner həyatı yaşamağa qərar verib. Hazırda gənc futbolçu İngiltərənin "Tottenhem" və "Everton" komandaları arasında seçim edir. Danışıqlar baş tutsa, o, yay transfer dövründə azad agent kimi klubunu dəyişəcək.

Qeyd edək ki, Ozancan Kökçü bu yaxınlarda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına qatılıb.

Son xəbərlər

Orphus sistemi