Yuxarı
    Bağlamaq

    ​Fernando Torres İspaniyanın "Atletiko" komandasına qayıdıb

    ​Fernando Torres Madridə qayıdacaq

    Bakı. 25 dekabr. REPORT.AZ/ İtaliyanın "Milan" komandasında icarə əsasında forma geyinən futbolçu Fernando Torres qış fasiləsindən sonra İspaniya "Atletiko"suna qayıdacaq. "Report"un İspaniyanın "AS" nəşrinə istinadən verdiyi məlumata görə, müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan futbolçunun xidmətində "Liverpul" da maraqlıdır.

    "Atletiko", "Milan" və "Çelsi" arasında olan anlaşmaya əsasən, 30 yaşlı futbolçunun gələn həftədən Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin sərəncamında olacağı bildirilir. Müqavilə müddəti isə 2016-cı ilin iyununa qədər olacaq.

    Qeyd edək ki, futbolçu "Milan"da xoşbəxt olmadığını, "Çelsi"yə qayıtmaq istədiyini söyləsə də, "zadəganlar"ın baş məşqçisi Joze Mourinyo Fernando Torresə heyətdə yer olmadığını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi