Yuxarı

"Fənərbağça"nın futbolçusu keçmiş klubunu məhkəməyə verib

"Fənərbağça"nın futbolçusu keçmiş klubunu məhkəməyə verib
33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edib

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marsel"ini məhkəməyə verib.

"Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir. Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandır.

Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marsel"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş. Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib. Təcrübəli oyunçunun sözlərinə görə, "Marsel"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 

Məhkəmə ilk iddia ərizəsini rədd edib. İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq.

Qeyd edək ki, Matyö Valbuena 2006 - 2014-cü illərdə çıxış etdiyi "Marsel"dən Moskva "Dinamo"suna, 2017-ci ilin iyununda isə "Fənərbağça"ya keçib. O, "sarı-lacivərdlilər"in heyətində 15 oyuna 5 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi