Yuxarı
    Bağlamaq

    "Fənərbağça" "Lion"un futbolçusunu transfer edib

    Rəsmi müqavilə iyunun 17-dən sonra bağlanılacaq

    Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib.

    "Report"un "sarı-lacivərdlilər"in rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.

    Qeyd edək ki, Matyö Valbuena 2016-2017 mövsümündə 9 qol vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi