"Fənərbağça" klubu futbolçusunun dopinqdən istifadə etməsi ilə bağlı bəyanat yayıb

"Fənərbağça" klubu futbolçusunun dopinqdən istifadə etməsi ilə bağlı bəyanat yayıb Dərmanların performans artırıcı təsiri yoxdur
Futbol
30 Mart , 2016 15:57
Fənərbağça klubu futbolçusunun dopinqdən istifadə etməsi ilə bağlı bəyanat yayıb

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu futbolçusu Gökhan Gönülün orqanizmində aşkarlanan qadağan olunmuş maddə ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"un İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq həkim rəyləri federasiyaya təqdim edilib.

Bildirilib ki, cari il fevralın 23-də tibbi müayinədən sonra G.Gönülün qabırğasında sınıq aşkarlanıb. Bundan sonra futbolçunun müayinəsinə başlanıb: "Sinəsində və belində ağrılar olduğu üçün futbolçuya həkim müdaxiləsi edilib. Bu səbəbdən futbolçuya bəzi dərmanlar verilib. Dopinq testindən öncə bu barədə Türkiyə Futbol Federasiyasına məlumat verilib".

Klubun bəyanatında bildirilib ki, bu dərmanların heç biri dopinq məqsədilə istifadə edilməyib və performans artırıcı təsiri yoxdur. 

Son xəbərlər

Orphus sistemi