Fələstin Futbol Federasiyasının rəhbəri Messini İsrail ilə oyundan imtina etməyə çağırıb

Fələstin Futbol Federasiyasının rəhbəri Messini İsrail ilə oyundan imtina etməyə çağırıb İsrail və Argentina komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək
Futbol
3 İyun , 2018 21:10
Fələstin Futbol Federasiyasının rəhbəri Messini İsrail ilə oyundan imtina etməyə çağırıb

Bakı. 3 iyun. REPORT.AZ/ Fələstin Futbol Federasiyasının (FFF) prezidenti Cibril Racub ərəb və müsəlmanları İsrail yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi təqdirdə Argentina millisi və "Barselona" klubunun hücumçusu Lionel Messinin foto və futbolkalarını yandırmağa çağırıb.

“Report” "AP News"a istinadən xəbər verir ki, Racub bu bəyanatla Rəmallahda Argentina nümayəndələrinin olduğu ofis yaxınlığında keçirilən nümayişdən sonra çıxış edib.

FFF rəhbəri Argentina tərəfini İsrail ilə matçdan imtina etməyə çağırıb.

"Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma", - deyə o bildirib.

İsrail və Argentina milli komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi