Yuxarı

Ukrayna Futbol Federasiyası danışılmış oyunlarda iştirak edənlərə ağır cəza verib

Federasiyadan danışılmış oyunlarda iştirak edənlərə ağır cəza

Ukrayna Futbol Federasiyası danışılmış oyunlara görə çempionatdan kənarlaşdırılan “Sumı” komandasının 4 futbolçusuna ağır cəza verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, Yeqor Luqovoy, Oleq Davıdov, Sergey Qaraşenko və Taras Duray ömürlük futboldan kənarlaşdırılıb.

Klub prezidenti Rostislav Kozar və baş məşqçi Aleksandr Martok da futbolla əlaqəli hər hansı bir fəaliyyətdən ömürlük uzaqlaşdırılıb.

Digər 7 futbolçu iki il sınaq müddəti ilə birillik, 1 oyunçu isə altı ay sınaq müddəti olmaqla ikiillik diskvalifikasiya olunub. Şəxslər qərara 10 gün ərzində etiraz edə bilərlər. 

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Futbol Federasiyası ölkənin ikinci liqasında çıxış edən “Sumı”nı bütün yarışlardan kənarlaşdırıb. Komandanın özü isə peşəkar statusdan məhrum edilib. Klubun danışılmış oyunlardan 10 milyin avro qazanc əldə etdiyi məlum olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi