Ukrayna klubunun danışılmış oyunlarından 10 milyon avro qazanc əldə olunub

Ukrayna klubunun danışılmış oyunlarından 10 milyon avro qazanc əldə olunub Ukraynanın “Sumı” futbol komandasının iştirakçısı olduğu danışılmış oyunlardan 10 milyon avro qazanc götürülüb.
Futbol
15 Aprel , 2019 12:48
Ukrayna klubunun danışılmış oyunlarından 10 milyon avro qazanc əldə olunub

Ukraynanın “Sumı” futbol komandasının iştirakçısı olduğu danışılmış oyunlardan 10 milyon avro qazanc götürülüb.

“Report” xəbər verir ki, bu barədə “Futbol 1” telekanalında yayımlanan “Velikiy futbol” proqrmanda bildirilib. Məlumata görə, Ukrayna ikinci liqasında çıxış edən komanda 1,5 il ərzində 30-dək danışılmış oyun təşkil edib.

Bu görüşlərdən müxtəlif şəxslər ümumilikdə 10 milyon avro irəli düşüblər.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Futbol Federasiyası ölkənin ikinci liqasında çıxış edən “Sumı”nı bütün yarışlardan kənarlaşdırıb. Komandanın özü isə peşəkar statusdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi