Fatih Terimin "Qalatasaray"dakı köməkçiləri müəyyənləşib

Fatih Terimin "Qalatasaray"dakı köməkçiləri müəyyənləşib 64 yaşlı mütəxəssis Hasan Şaş və Yohan Elmanderlə çalışacaq
Futbol
22 Dekabr , 2017 09:50
Fatih Terimin Qalatasaraydakı köməkçiləri müəyyənləşib

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terim köməkçilərini müəyyənləşdirib. "Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis Hasan Şaş və Yohan Elmanderlə çalışacaq.

Hər iki köməkçi-məşqçi futbolçu kimi vaxtilə "sarı-qırmızı" formanı geyinib. Hazırda 41 yaşı olan Şaş 1998 - 2009-cu illərdə, 36 yaşlı isveçli isə 2001 - 2004-cü illərdə İstanbul komandasında çıxış edib.

Qeyd edək ki, "Qalatasaray" Fatih Terimlə bu gün rəsmi müqavilə bağlayacaq.

Son xəbərlər

Orphus sistemi