Yuxarı

Ermənistan millisinin baş məşqçisi istefa verib

Ermənistan millisinin baş məşqçisi uğursuz nəticələrə görə istefa

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.

"Report"un Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib. O, səbəb kimi yığmanın AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmamasını göstərib.

Qeyd edək ki,  Armen Gyulbudaqyants 2018-ci ildən Ermənistan yığmasına rəhbərlik edirdi. AVRO-2020-nin seçmə mərhələsində J qrupunda yer alan yığma 8 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi