Yuxarı

​Rumıniyalı bombardir "Qəbələ" klubunun maraq dairəsinə düşüb

Erik Bikfalvi ilə, həmçinin Qazaxıstan, Rusiya və Özbəkistan klubları da maraqlanır

Bakı. 8 yanvar. REPORT.AZ/ Ukraynanın "Volın" klubunun rumıniyalı yarımmüdafiəçisi "Qəbələ" klubunun maraq dairəsinə düşüb.

"Report" xəbər verir ki, Azərbaycan klubunun yeni baş məşqçisi Roman Qriqorçukun Ukrayna çempionatında bombardirlər siyahısında birinci yerdə gedən Erik Bikfalvinin imkanlarına yaxşı bələd olduğu bildirilir.

Futbolçunun agenti Daniel Draqoşanın sözlərinə görə, "Volın"ın rumıniyalı legioneri ilə, həmçinin Qazaxıstan, Rusiya və Özbəkistan klubları da maraqlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi