Bakı. 8 yanvar. REPORT.AZ/ Ukraynanın "Volın" klubunun rumıniyalı yarımmüdafiəçisi "Qəbələ" klubunun maraq dairəsinə düşüb.
"Report" xəbər verir ki, Azərbaycan klubunun yeni baş məşqçisi Roman Qriqorçukun Ukrayna çempionatında bombardirlər siyahısında birinci yerdə gedən Erik Bikfalvinin imkanlarına yaxşı bələd olduğu bildirilir.
Futbolçunun agenti Daniel Draqoşanın sözlərinə görə, "Volın"ın rumıniyalı legioneri ilə, həmçinin Qazaxıstan, Rusiya və Özbəkistan klubları da maraqlanır.