Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb
Futbol
- 08 fevral, 2019
- 11:59
Bakı. 8 fevral. REPORT.AZ/ İngiltərənin VI Divizionunda çıxış edən "Dalviç Hemlet" klubu danimarkalı qapıçı Simon Yorgensenlə müqavilə bağlayıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper dünyanın ən ucaboy oyunçusu sayılır. Yorgensenin boyu 210 santimetrdir. O, yeni komandasına azad agent kimi keçib.
S.Yorgensenin azarkeşlərdən toplanan vəsait hesabına komandaya cəlb olunduğu bildirilir.
Qeyd edək ki, S.Yorgensen "Kopenhagen"in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə "Akkrinqton Stenli", daha sonra yarımhəvəskar "Uaythouk" komandalarının formasını geyinib.
Son xəbərlər
17:39
Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edib
ASK17:30
"Savener" Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisində podratçı olub
İnfrastruktur17:23
Foto
DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Hadisə17:17
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
Hadisə17:14
Avropa çempionatı: Rumıniya Bakıda İspaniyanı məğlub edib
Futbol17:08
"AzerGold"un ixrac gəlirləri 25 % artıb
Sənaye17:08
Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə"
Futbol17:02
"İmişli" anqolalı futbolçu Fransişku Moraişin transferini açıqlayıb
Futbol17:01