Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb - VİDEO

Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb - VİDEO Azərbaycan futbolçusu 11-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb
Futbol
22 Dekabr , 2016 21:58
Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb - VİDEO

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb.

"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Boavişta"nın heyətində "Nasional"la qarşı keçirilən səfər matçının 11-ci dəqiqəsində hesabı açıb.

Bu, Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin qarşılaşmanın 39-cu dəqiqəsində sarı vərəqə alıb, 62-ci dəqiqədə isə zədələnərək əvəzlənib.

Millimizin qapıçısı Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub. O da sarı vərə ilə cəzalandırılıb. Bu, matçın 69-cu dəqiqəsində baş verib.

Qeyd edək ki, "Boavişta" uzun fasilədən sonra qələbəsizliyə son qoyub və 17 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

Portuqaliya çempionatı, XV tur

21:00. "Nasional" - "Boavişta" - 0:2

Qollar: Emin Mahmudov, 11, Renato Santos, 32

Son xəbərlər

Orphus sistemi