Emin Mahmudov: "O zərbə qolla nəticələnsəydi, karyeramı bitirməli idim" - MÜSAHİBƏ

Emin Mahmudov: "O zərbə qolla nəticələnsəydi, karyeramı bitirməli idim" - MÜSAHİBƏ Bakı. 17 iyul. REPORT.AZ/ Neftçi”nin futbolçusu Emin Mahmudov Macarıstan Uypeşti ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü ərəfəsində klubun rəsmi saytının suallarını cavablandırıb.
Futbol
17 İyul , 2018 13:06
Emin Mahmudov: O zərbə qolla nəticələnsəydi, karyeramı bitirməli idim - MÜSAHİBƏ

Bakı. 17 iyul. REPORT.AZ/ "Neftçi”nin futbolçusu Emin Mahmudov Macarıstan "Uypeşt"i ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü ərəfəsində klubun rəsmi saytının suallarını cavablandırıb. 

"Report" həmin müsahibəni təqdim edir... 

- "Uypeşt”lə cavab oyununa hazırlıq necə keçir?

- Hər şey qaydasındadır. İlk oyuna necə hazırlaşmışdıqsa, cavab matçına da elə hazırlaşırıq.

- İlk oyundan artıq bir neçə gün keçib. Həmin matçı təhlil edib, hansı çıxarışı edə bilərsiniz?

- Olduqca çətin oyun oldu. Hava çox isti idi. Təbii ki, tək bizə yox, rəqibə də isti idi. Buraxılan qoldan sonra özümüzü toparlaya bildik və əlverişli nəticə qazandıq. Amma bu demək deyil ki, artıq növbəti mərhələdəyik. İşin əsas hissəsini Budapeştdə görməliyik. Şanslar indi də bərabərdir.

- Bakıdakı oyunda sənin çox gözəl bir epizodun oldu, amma akrobatik zərbəndən sonra qapıçı topu küncə çıxara bildi. Həmin anda hansı hissləri yaşadın?

- Düzü, əvvəl elə bildim ki, qol oldu. Həyatımda belə qol vurmamışam. Bu cür qoldan sonra oyunu bitirmək olardı. Nəinki oyunu, karyeramı da. O zərbə qolla nəticələnsəydi, mən də karyeramı bitirməliydim, qapıçı da (gülür). Təbii ki, bu bir zarafatdır. Əsas odur ki, qalib gəldik.

- Oyundan sonra Roberto Bordinlə söhbətiniz olubmu?

- Bütün komanda ilə danışıb, təbrik edib.

- Azarkeşlərlə bağlı nə deyə bilərsiniz?

- Azarkeşlər sağ olsunlar, bizi belə isti hava şəraitində tək qoymadılar. Onların dəstəyi sayəsində bu qələbəni reallaşdırdıq.

Son xəbərlər

Orphus sistemi