İtkin düşən futbolçunun yer aldığı təyyarənin pilotunun uçuşlar üçün lisenziyası olmayıb

İtkin düşən futbolçunun yer aldığı təyyarənin pilotunun uçuşlar üçün lisenziyası olmayıb Bakı. 25 yanvar. REPORT.AZ/ İngiltərənin Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin itməsi ilə əlaqədar istintaq davam edir.
Futbol
25 Yanvar , 2019 12:25
İtkin düşən futbolçunun yer aldığı təyyarənin pilotunun uçuşlar üçün lisenziyası olmayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin itməsi ilə əlaqədar istintaq davam edir. 

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, hava gəmisini idarə edən Devid İbbotsonun ödənişli uçuşlar üçün lazımi lisenziyaya malik olmadığı üzə çıxıb. İbbotson qaz təsərrüfatında çalışsa da, yüngül təyyarələrin idarə edilməsində böyük təcrübəyə malik olub. O, paraşütlə uçuş həvəskarlarını lazımi yüksəkliyə çatdırmaqla məşğul imiş.

Hazırda uçuşun futbolçu tərəfindən ödənildiyi və ya özəl olub-olmaması müəyyənləşdirilir.

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. Polis yanvarın 24-də təyyarənin axtarışlarının dayandırıldığını bildirib. 

Son xəbərlər

Orphus sistemi