İtkin düşən futbolçunun axtarışları dayandırılıb

İtkin düşən futbolçunun axtarışları dayandırılıb Bakı. 24 yanvar. REPORT.AZ/ İngiltərənin Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da olduğu təyyarənin axtarışları dayandırılıb.
Futbol
24 Yanvar , 2019 20:42
İtkin düşən futbolçunun axtarışları dayandırılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da olduğu təyyarənin axtarışları dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsində bildirilib. 

Polisin bəyanatında təyyarədəki insanların həyatda qalma ehtimalının az olduğu vurğulanıb: "Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarışları dayandırmaq çox çətin qərar idi. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5 vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi".

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

Son xəbərlər

Orphus sistemi