Yuxarı

Azərbaycanlı qapıçının çıxış etdiyi Qazaxıstan klubu yoxlama oyununda böyük hesabla uduzub

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Emil Balayev Qazaxıstanın "Tobol" klubunun heyətində növbəti yoxlama oyununa çıxıb.

"Report" xəbər verir ki, 25 yaşlı qolkiper Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Ukraynanın "Olimpik" (Donetsk) komandasına qarşı yoxlama matçında start heyətdə yer alıb.

Qarşılaşma "Tobol"un 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda bundan öncə Balayevin meydana çıxdığı yoxlama oyununda Cənubi Koreya "Tecon Sitizen"inə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Səbail"dən ayrılan Emil Balayev "Tobol" klubu ilə yanvarın 30-da 2 illik müqavilə bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi