Elxan Məmmədov UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib

Elxan Məmmədov UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib UEFA İcraiyyə Komitəsinə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər
Futbol
17 Mart , 2017 16:05
Elxan Məmmədov UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Kiprdə UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. 

"Report"un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülmüş Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhard Qrindel (Almaniya), Marios Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaqın (Hollandiya) da iştirak etdiyi tədbirdə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər.

Tədbir həmçinin Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Makedoniya, Rusiya, Kosovo, Serbiya, Sloveniya, Türkiyə və Yunanıstan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Sonda UEFA nümayəndələri tərəfindən danışılmış oyunlarla bağlı çıxış və müzakirələr aparılıb, milli assosiasiyalara bu cür hallarla daha ciddi mübarizə aparılması tövsiyə olunub.

Qeyd edək ki, M.Lefkaritis artıq namizədliyini geri götürdüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi