Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb.
Futbol
9 Oktyabr , 2019 13:03
Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb. 

"Report"un məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Farer adaları - Rumıniya görüşünü idarə edəcək. Görüş oktyabrın 12-də Torshavn şəhərindəki "Torsvöllür" stadionunda keçiriləcək. 

12 oktyabr

AVRO-2020

Seçmə mərhələ, F qrupu

20:00. FARER ADALARI - RUMINİYA

Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: Stefan Lodc (İngiltərə)
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)

Son xəbərlər

Orphus sistemi