Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib Nazir həmçinin hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib
Futbol
22 Sentyabr , 2017 20:12
Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Samux rayonu Heydər Əliyev Mərkəzində Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən, eləcə də digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.

Eyni zamanda məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Son xəbərlər

Orphus sistemi