DÇ-2018-in oyunlarını dünya əhaləsinin yarıdan çoxu izləyib

DÇ-2018-in oyunlarını dünya əhaləsinin yarıdan çoxu izləyib Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatını dünya əhaləsinin yarıdan çoxu izləyib.
Futbol
21 Dekabr , 2018 14:40
DÇ-2018-in oyunlarını dünya əhaləsinin yarıdan çoxu izləyib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatını dünya əhaləsinin yarıdan çoxu izləyib.

"Report" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Bütün ölkələrdə yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı baxıb. 3,262 milyard insan dünya çempionatının bütün matçlarını ən azı bir dəqiqə izləyib ki, bu da rekord göstəricidir.

309,7 milyon şəxs qarşılaşmalara evlərindən kənarda, restoran və digər yerlərdə baxıblar. Bu isə ümumi auditoriyanı 9.5 faiz artırıb.

Fransa və Xorvatiya komandaları arasındakı final görüşünü isə 1,12 milyard insan izləyib. Sözügedən oyuna 884,37 milyon tamaşaçı evdən, 231,82 milyonu isə kənar yerlərdə baxıb.

Qeyd edək ki, finalda 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi