​Dünya çempionatında iştirakçıların sayı artırıla bilər

​Dünya çempionatında iştirakçıların sayı artırıla bilər Bu təkliflə portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu çıxış edib
Futbol
20 Fevral , 2015 13:46
​Dünya çempionatında iştirakçıların sayı artırıla bilər

Bakı. 20 fevral. REPORT.AZ/ Portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu Dünya çempionatında iştirak edən komandaların sayının artırılmasını təklif edib. "Report"un "The Times"a istinadən verdiyi məlumata görə, FİFA prezidentliyinə namizəd 48 komandanın iştirakı ilə keçirilək turnirin 2 mərhələdən ibarət olmaqla 2 ölkədə baş tuta biləcəyini bildirib.

Portuqaliyalının sözlərinə görə, təşkilatçı olan hər ölkədə 24 komanda mübarizə apara bilər. Cavab görüşlərinin isə bir ölkədə keçirilməsi mümkündür: "Hesab edirəm ki, Dünya çempionatında iştirak edən ölkələrin sayı 32-dən 40-a, hətta 48-ə qədər artırıla bilər".

Qeyd edək ki, FİFA-nın yeni prezidentinin kimliyinə mayın 29-da aydınlıq gələcək. Sözügedən post uğrunda qurumun hazırkı rəhbəri Yosef Blatter, İordaniya şəhzadəsi Əli bin Al-Huseyn və Hollandiya Futbol Federasiyasının prezidenti Mixail van Praq mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi